Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır

Yayınlama: 19.05.2023
68
A+
A-

Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycanın 44 gün ərzində düşmənin 30 illik işğalına son qoymasının ağır zərbəsindən hələ də özünə gələ bilməyib…

Bu düşmən ölkənin təxribatları isə həm qardaş Türkiyəyə, həm də Azərbaycana qarşı davam etməkdədir… Azərbaycan Prezidenti İlham Əliyev isə dəfələrlə bəyan edib ki, Ermənistan rəhbərliyi, xüsusən də separatçılıqla məşğul olan qüvvələr ağlını başına yığsın. Əks halda, başı üzərində bu dəfə polad yumruğu və göydən od ələyən dronları görəcəklər… “Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir”, -deyən İlham Əliyev bu gün mayın 19-da Hindistan Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən də deyib. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən İlham Əliyev əlavə edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Və maraqlıdır, dünya dövlətlərindən pul dilənən Ermənistan bu silahları kimlərdən və hansı şərtlərlə alır???

Azərbaycan Prezidenti bir daha deyib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Təbii ki, Hindistan kimi böyük potensialı olan ölkə bunları mütləq nəzərə almalıdır…

Asif Merzili

Kaynak: Tezadlar Qazeti

Bir Yorum Yazın

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Ziyaretçi Yorumları - 0 Yorum

Henüz yorum yapılmamış.